
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı Danimarka ilə razılaşma əldə olunduğuna dair açıqlaması ada sakinləri arasında birmənalı qarşılanmayıb.
Bu barədə “The New York Times” (NYT) yazıb.
Nəşr qeyd edib ki, Tramp əvvəlcə Qrenlandiyanı almaq istədiyini bildirmiş, daha sonra adanın ələ keçirilməsi ehtimalından danışmış, son olaraq isə Danimarka ilə Qrenlandiyaya dair razılaşmanın əldə olunduğunu açıqlamışdı.
NYT-nin məlumatına görə, Trampın son açıqlaması bəzi Qrenlandiya sakinlərində rahatlıq yaratsa da, əhalinin bir hissəsi razılaşmanın konkret olaraq nələri nəzərdə tutduğuna dair qeyri-müəyyənlik və narahatlıq keçirir.
Qrenlandiya sakinlərindən biri nəşrə açıqlamasında Trampın bəyanatına narahatlıq və şübhə ilə yanaşdığını, mümkün razılaşmanın ABŞ-yə ada üzərində inhisarçı səlahiyyətlər verməyəcəyinə ümid etdiyini bildirib.