• 15 °C
|

Pentaqon: ABŞ-ın 2027 büdcəsində Ukraynaya yeni yardım nəzərdə tutulmur

1 May 2026
img

Pentaqonun 2027-ci maliyyə ili üzrə büdcə layihəsində Ukraynaya yeni hərbi yardım üçün ayrıca vəsait nəzərdə tutulmayıb.

APA xəbər verir ki, bunu hərbi nazirin maliyyə üzrə müavini vəzifəsini icra edən Culs Hörst Senatda dinləmələr zamanı bildirib.

Bununla belə, əvvəllər təsdiqlənmiş 400 milyon dollarlıq yardım paketinin yaxın vaxtlarda istifadə olunacağı bildirilib.

ABŞ tərəfi bu vəsaitlərin bölüşdürülməsində Avropa Komandanlığı ilə koordinasiyanı davam etdirəcək.