• 7 °C
|

Pentaqon: ABŞ-ın narkotik daşıyan gəmilərə zərbə endirməsi nəticəsində 11 nəfər həlak olub

17 Fevral 2026
img

ABŞ ordusu narkotik qaçaqmalçılığında şübhəli bilinən üç gəmiyə zərbə endirib və nəticədə 11 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığının “X” hesabında məlumat verilib.

"Kəşfiyyat, gəmilərin məlum narkotik qaçaqmalçılığı marşrutlarını izlədiyini və narkotik qaçaqmalçılığı əməliyyatlarında iştirak etdiyini təsdiqləyib", – məlumatda deyilir.

Qeyd olunur ki, iki gəmi Sakit Okeanın şərqində aşkar edilərək hücuma məruz qalıb, üçüncü gəmi isə Karib dənizində vurulub.