• 11 °C
|

Pentaqon rəhbəri ABŞ-ın Venesuelada tammiqyaslı əməliyyat keçirəcəyini istisna etməyib

4 Yanvar 2026
img

ABŞ müdafiə naziri Pit Heqset Venesuelada tammiqyaslı əməliyyat keçirəcəyini istisna etməyib.

APA xəbər verir ki, o, bu açıqlamanı 3 yanvarda CBS-ə verdiyi müsahibədə verib.

ABŞ-ın Venesuelanı necə idarə etməyi planlaşdırdığı ilə bağlı suala cavab olaraq Heqset bildirib ki, Vaşinqton qaydaları müəyyən edəcək.

O, bundan sonra nə baş verəcəyinə nəzarət edəcəklərini vurğulayıb və bunun ABŞ-ın Venesuelada tammiqyaslı əməliyyat keçirməsi ilə başlaya biləcəyini deyib.