• 17 °C
|

Pentaqon rəsmisi: Quru qoşunlarını Venesuelada yerləşdirilməyə hazırıq

17 Noyabr 2025
img

ABŞ Quru Qoşunları, ölkə prezidenti Donald Tramp və Pentaqon rəhbəri Pit Heqsetin müvafiq əmri daxil olduğu halda, Venesuelada yerləşdirilə bilər.

APA xəbər verir ki, bunu ABŞ Quru Qoşunları naziri Daniel Driskoll bildirib.

Venesuela silahlı qüvvələrinin ABŞ üçün təhlükə yaradıb-yaratmadığı barədə sualı cavablandıran Driskoll bildirib ki, Quru Qoşunları bu regionda bir çox təlimlər keçirir.

O həmçinin əlavə edib ki, əgər prezident və ya müdafiə naziri bunu tələb edərsə, onlar fəaliyyətə hazırdırlar.