18 Fev 2026

Peru Parlamenti prezident Xose Xeriyə qarşı onun vəzifəsindən uzaqlaşdırılmasını tələb edən etimadsızlıq səsverməsini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə parlamentin müvəqqəti sədri Fernando Rospiqliosi məlumat verib.
"Konqresin prezidenti, Respublikanın müvəqqəti prezidenti Xose Xeriyə qarşı etimadsızlıq səsverməsinin keçirilməsi ilə bağlı təkliflər təsdiqləndi", – o deyib.
Qeyd edə ki, Xeri son 10 ildə Perunun səkkizinci prezidenti olub. Növbəti prezident seçkiləri aprelin 12-nə təyin edilib.