• 9 °C
|

Peruda 5,2 maqnitudalı zəlzələ olub

15 May 2025
img

Peruda 5,2 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri təxminən 23 min nəfərin yaşadığı Seçura şəhərindən 51 km cənub-qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 33 km dərinlikdə olub.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.