26 Yan 2026

“Sülh Şurası”nın ali nümayəndəsi Nikolay Mladenov (Bolqarıstan) 26 yanvarda İsrailə səfər etməyi və ölkə rəhbərliyi ilə Qəzza ilə Misir Rəfah sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı danışıqlar aparmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid ABŞ-dakı mənbələrinə istinadən məlumat verib.
Mənbələrə görə, keçid məntəqəsinin açılması ilə bağlı qərar yaxın günlərdə verilə bilər.
Mladenov həmçinin Qəzza sülh planının həyata keçirilməsi ilə bağlı bir sıra digər məsələləri də müzakirə etməyi planlaşdırır.