13 Noy 2025

“Qəzza zolağında atəşkəs kövrəkdir və bir neçə dəfə pozulub. Lakin İsrail ilə HAMAS arasında atəşkəs qüvvədədir”.
APA xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
"Qəzzadakı atəşkəs kövrəkdir; dəfələrlə pozulub. Amma hələ də qüvvədədir. Fələstin xalqı üçün öz müqəddəratını təyin etmək və iki dövlətli həll yolu ilə bağlı şəraitin yaradılmasına aparan ikinci mərhələ üzrə danışıqlara yol açmaq üçün atəşkəsə tam şəkildə əməl olunmasını qətiyyətlə tələb edirəm", – o bildirib.