• 12 °C
|

Rubio ABŞ-ın Ukraynada sülh səylərindən geri çəkilə biləcəyini təsdiqləyib

19 Aprel 2025
img

ABŞ dövlət katibi Marko Rubio NATO-nun baş katibi Mark Rutte ilə söhbətində Ukraynada sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ABŞ-ın vasitəçilik səylərindən geri çəkiləcəyini təsdiqləyib.

APA xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Temmy Bryus deyib.

"Dövlət katibi Marko Rubio bu gün NATO-nun baş katibi Mark Rutte ilə danışıb. Dünən Parisdə Ukrayna nümayəndə heyətinə və Rusiya rəsmilərinə təqdim olunan sülh təklifi barədə ona məlumat verib. O vurğulayıb ki, xalqımız müharibənin sona çatmasına kömək etməyə sadiq olsa da, tezliklə nəticə əldə edilməsə, ABŞ sülh vasitəçiliyi səylərindən geri çəkiləcək ", – Bryus əlavə edib.