• 25 °C
|

Rubio: ABŞ İordan çayının qərb sahilində yeni zorakılıq dalğası istəmir

24 Sentyabr 2026
img

ABŞ İsrailə İordan çayının qərb sahilində yeni zorakılıq dalğasının baş verməsini istəmədiyini çatdırıb.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.

Rubio qeyd edib ki, Qəzza ilə bağlı razılaşmaların icrasında mövcud çətinliklər, Livandakı kövrək vəziyyət, husilərlə Səudiyyə Ərəbistanı arasındakı gərginlik və İranla davam edən münaqişə fonunda regionun əlavə böhrana ehtiyacı yoxdur.

“Prezident açıq şəkildə bildirib ki, İordan çayının qərb sahilində əlavə zorakılıq dalğası görmək istəmirik”, – Rubio deyib.