
ABŞ Ukrayna məsələsinin nizamlanması ilə bağlı tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün səylərini davam etdirəcək.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Ukrayna böhranının nizamlanmasının mümkünlüyü ilə bağlı suala cavab verən Rubio hazırda razılaşmanın olmadığını deyib.
O bildirib ki, ABŞ vəziyyəti dəyişmək və tərəflərin mövqelərini yaxınlaşdırmaq imkanı verən mövqedə qalmağa davam edəcək.
“Bu münaqişə gec-tez başa çatacaq və danışıqlar masası arxasında nizamlanacaq. O, danışıqlar nəticəsində əldə ediləcək razılaşma ilə başa çatacaq”, – dövlət katibi vurğulayıb.
Rubio ABŞ-ın hər iki tərəflə əlaqələri davam etdirdiyini də diqqətə çatdırıb.