22 Okt 2025
ABŞ-da federal hökumətin qismən fəaliyyətini dayandırması Vaşinqtonun beynəlxalq münasibətlərdə mövqeyini zəiflədir və ABŞ-ın təhlükəsizliyini təhdid edir.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Konqresdəki demokratlar hökuməti bağlamaq qərarına gəliblər. Onların partizan maraqlarının diktə etdiyi hərəkətləri ABŞ-ın qlobal səhnədəki mövqeyini zəiflədir və milli təhlükəsizliyi təhdid edir", – Rubio “X” hesabında yazıb.