• 6 °C
|

Rubio Münhendə Zelenski ilə görüşməyi planlaşdırır

13 Fevral 2026
img

ABŞ Dövlət Katibi Marko Rubio Münhendə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək planı olduğunu açıqlayıb.

APA xəbər verir ki, Rubio bu barədə Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Avropaya yola düşməzdən əvvəl məlumat verib.

"Düşünürəm ki, bəli. O da orada olacaq və bizim onunla görüşmək imkanımız olacaq. Düşünürəm ki, bu görüş mənim cədvəlimdə var. 100% əmin olmasam da yəqin ki görüşəcəyik", – deyib.