• 29 °C
|

Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb

10 İyul 2025
img

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş hələlik planlaşdırılmayıb.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Kualı-Lumpurda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Vaşinqton Moskva ilə təmasları davam etdirmək niyyətindədir.

“Biz Rusiya tərəfi ilə qarşılıqlı əlaqələri davam etdirəcəyik. Onlarla əməkdaşlıq üçün hər hansı imkan yarandıqda, bu fürsətdən istifadə edəcəyik”, – deyə Rubio vurğulayıb.