03 Dek 2025

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Ukrayna böhranının həlli yollarını tapmağı ümid edir.
APA xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio bildirib.
"Münaqişə davam edir və prezident onu dayandırmağa çalışır. Məhz buna görə də biz bunu işləyirik. Beləliklə, danışdığımız müddətdə Stiv Vitkoff Moskvada bu münaqişəyə son qoymaq üçün yol tapmağa çalışır", – o deyib.