• 11 °C
|

Rubio: Venesuelaya qarşı müharibə aparılmır, narkotik şəbəkələri hədəf alınıb

5 Yanvar 2026
img

ABŞ Venesuelaya qarşı müharibə aparmır, əməliyyatlar narkotik qaçaqmalçılığı ilə məşğul olan təşkilatlara qarşı yönəlib.

APA-nın ABŞ bürosunun məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio Tramp administrasiyasının Venesuela ilə bağlı əməliyyatını şərh edərkən ABC və CBS telekanallarına müsahibələrində bildirib.

Rubio Venesuelada ABŞ hərbçilərinin mövcudluğu məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda ölkə ərazisində ABŞ qüvvələri yoxdur. Dövlət katibi qeyd edib ki, Nikolas Maduronun saxlanılması əməliyyatı zamanı ABŞ hərbçiləri Venesuela ərazisində təxminən iki saat olub.

ABŞ dövlət katibi əlavə edib ki, prezidentin mövqeyi aydındır və ABŞ prezidenti insanlara nə edəcəkləri barədə göstəriş vermək səlahiyyətində deyil.

Rubio Maduronun yalnız narkotik qaçaqmalçılığı ittihamı ilə deyil, legitimlik məsələsi ilə də gündəmdə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Maduro qanunsuz prezident olub və dövlət başçısı sayılmayıb. Dövlət katibi mediada hələ də “Prezident Maduro” və “dövlət başçısı” ifadələrinin işlədilməsini tənqid edib və Maduronun heç vaxt legitim dövlət başçısı olmadığını bildirib.