• 11 °C
|

Sabah BMT Təhlükəsizlik Şurasının Venesuela ilə bağlı fövqəladə iclası keçiriləcək – YENİLƏNİB

4 Yanvar 2026
img

Sabah BMT Təhlükəsizlik Şurasının Venesuela ilə bağlı fövqəladə iclası keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” BMT Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Somalinin BMT-dəki daimi nümayəndəliyinə istinadən məlumat yayıb.

İclas yanvarın 5-də saat 15.00-da keçiriləcək.

***

3 yanvar, saat 20.32

BMT Təhlükəsizlik Şurasının Venesuela ilə bağlı təcili iclası 4 və ya 5 yanvar tarixində keçirilə bilər.

APA xəbər verir ki, bu barədə BMT TŞ-dəki adı açıqlanmayan mənbə məlumat verib.

"Bu, ya bazar günü, ya da bazar ertəsi baş tutacaq. Təhlükəsizlik Şurası təsdiqi gözlənilir", – mənbə bildirib.