
Sakit okeanda 3000 avtomobil daşıyan "Morning Midas" adlı avtonəqliyyat gəmisi yanıb, onların arasında təxminən 800 elektromobil olub.
APA xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ-ın Alyaskadakı Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvələr cəlb edilib.
“ABŞ Sahil Mühafizəsi 22 heyət üzvünü yaxınlıqdakı ticarət gəmisinə təxliyə edib”, – deyə agentlik qeyd edir.
Yanğının səbəbləri hələlik müəyyən edilməyib, lakin ekspertlər mümkün səbəblərdən biri kimi elektromobillərin batareyalarını istisna etmirlər.