• 7 °C
|

Sallivan: Çin gələcəkdə iqtisadi sahədə ABŞ-ni ötə bilməyəcək

14 Yanvar 2025
img

ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan hesab edir ki, Çin Bayden administrasiyasının siyasəti sayəsində yaxın gələcəkdə iqtisadi sahədə ABŞ-ni geridə qoya bilməyəcək.

APA xəbər verir ki, bunu Sallivan “The New York Times” qəzetinə müsahibəsində deyib.

“Prezident Baydenin etdikləri sayəsində heç kim Çinin yaxın gələcəkdə iqtisadi sahədə ABŞ-ni ötə biləcəyindən danışmır”, – Ağ Ev rəsmisi vurğulayıb.