• 27 °C
|

Si Cinpin Çinlə ABŞ arasında qarşıdurmanın qarşısının alınması üçün səy göstərməyə çağırıb

24 Sentyabr 2026
img

Çinlə ABŞ arasında münaqişə və qarşıdurmanın qarşısının alınması üçün səylər göstərilməlidir.

APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Ağ Evdə çıxışı zamanı bildirib.

“Çin və ABŞ aramızda heç bir münaqişə və qarşıdurmanın olmaması prinsipini qorumalıdır. Hər ikimizin ev adlandırdığı bu planetdə iki böyük ölkənin birgə yaşaması üçün düzgün yolu, şübhəsiz ki, tapa bilərik”, – Si Cinpin deyib.

Çin lideri iki ölkənin silahlı qüvvələri arasında müntəzəm dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Bizim ordularımız müntəzəm dialoqu davam etdirməli, böhran vəziyyətlərində kommunikasiya və onların qarşısının alınması mexanizmlərini təkmilləşdirməlidir”, – Si Cinpin qeyd edib.