• 3 °C
|

“SpaceX” Türkiyənin “Baykar” şirkətinin ilk peykini orbitə buraxıb

15 Yanvar 2025
img

Türkiyənin “Baykar” şirkətinin ilk peyki “SpaceX” raketi ilə orbitə buraxılıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Buraxılış ABŞ-dəkı Vandenberq Hərbi Hava Qüvvələri bazasından həyata keçirilib.

Peyk “Transporter-12” missiyası çərçivəsində kosmosa göndərilib.