
Prezident Donald Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələrin maraqlarının qorunmasına kömək niyyətində olmadığını bildirib.
APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.
O, Hörmüz Boğazının açılması əməliyyatında iştirak etmək istəməyən ölkələrə iki təklif irəli sürüb.
“Böyük Britaniya kimi Hörmüzboğazına görə yanacaq ala bilməyən və İranın “başının kəsilməsi”ndə iştirak etməkdən boyun qaçıran bütün ölkələr–sizə bir təklifim var: Bir nömrəli təklif, ABŞ-dan (nefti) alın. Bizdə çoxdur.
İki nömrəli təklif, cəsarətinizi toplayın, boğaza gedin və onu alın. Siz özünüz üçün necə döyüşmək lazım olduğunu öyrənməyə başlamalı olacaqsınız. ABŞ həmişə sizə kömək etməyəcək, necə ki, siz bizə kömək etmədiniz. İran həqiqətən də məhv olub. İşin çətin hissəsi yerinə yetirilib. Gedin öz neftiniziözünüzalın”,– Tramp qeyd edib.