• 8 °C
|

Tramp ABŞ-a idxal olunan bütün mallara 10% rüsum tətbiq etmək niyyətindədir

20 Fevral 2026
img

ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olunan bütün mallara 10% həcmində rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.

Konfrans ABŞ Ali Məhkəməsinin idxal rüsumları mexanizmi ilə bağlı qərarından sonra çağırılıb.

O, həmçinin “milli təhlükəsizlik”lə bağlı tariflərin qüvvədə qalacağını bildirib.

“Bu andan etibarən milli təhlükəsizliklə bağlı bütün rüsumlar tam şəkildə qüvvədə qalır. Bu gün eyni zamanda artıq tətbiq olunan adi rüsumlara əlavə olaraq 10% qlobal rüsum müəyyən edən sərəncam imzalayacağam”, – deyə Donald Tramp qeyd edib.