• 10 °C
|

Tramp: ABŞ bu və ya digər şəkildə Qrenlandiyanı əldə edəcək

10 Yanvar 2026
img

“ABŞ-ın Qrenlandiyanı əldə etmək istəyir və bunu bu və ya digər şəkildə edəcək”.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Hələlik Qrenlandiya üçün puldan danışmıram. Bu barədə danışa bilərəm. Amma hazırda Qrenlandiya ilə nə isə edəcəyik. İstəsələr də, istəməsələr də. Çünki əgər biz bunu etməsək, Rusiya və ya Çin Qrenlandiyanı əldə edəcək və biz Rusiya və ya Çinin qonşu olmasını istəmirik", – o deyib.