• 14 °C
|

Tramp: ABŞ İranda hərbi əməliyyatı 2-3 həftəyə başa çatdıracaq

1 Aprel 2026
img

ABŞ İranda hərbi kampaniyanı yaxın həftələrdə başa çatdıracaq.

APA xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp bildirib.

“Bizim bir məqsədimiz var idi – onların nüvə silahı olmayacaq. Bu məqsədə nail olduq. Onların artıq nüvə silahı olmayacaq”, – deyə Tramp qeyd edib.

O iddia edib ki, İranda hakimiyyət dəyişikliyi baş verib:

“Onların bütün liderləri yoxa çıxıb. Buna görə də rejim dəyişdi. İndi yeni rəhbərlik var”.

Tramp bildirib ki, ABŞ əməliyyatı 2-3 həftə ərzində yekunlaşdıracaq və bu, İranın Vaşinqtonla razılaşma əldə edib-etməməsindən asılı olmayacaq.

“Bəlkə də daha tez razılaşma əldə edəcəyik. Amma biz etdiklərimizi bərpa etmək üçün onlara 15-20 il lazım olacaq”, – deyə o vurğulayıb.

O həmçinin qeyd edib ki, Hörmüz boğazından çox sayda gəmi keçməyə davam edir və ABŞ bu prosesə müdaxilə etmir.

“İranın artıq heç nəyi qalmayıb. Onlar uduzduqlarını etiraf edir və razılaşma üçün yalvarırlar”, – deyə Tramp əlavə edib.