03 Dek 2025

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ ordusu yalnız Venesuelada deyil, digər Latın Amerikası ölkələrində də narkotik qaçaqmalçılarına zərbə endirməyə başlaya bilər.
APA xəbər verir ki, Tramp bu barədə Oval kabinetdə keçirdiyi iclasda danışıb.
"Eşitmişəm ki, Kolumbiya kokain istehsal edir. Onların kokain fabrikləri var, bilirsinizmi? Sonra da kokainlərini bizə satırlar. Bəli, bunu edən və ölkəmizə satan hər kəs hədəfə alınacaq", – Tramp deyib.