• 18 °C
|

Tramp: ABŞ rüsumlardan hər il 1 trilyon dollardan çox gəlir əldə edəcək

3 Oktyabr 2025
img

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun tətbiq etdiyi idxal rüsumları ABŞ-a hər il 1 trilyon dollardan çox gəlir gətirəcək.

APA xəbər verir ki, bu haqda o “One America News”a müsahibəsində danışıb.

"Rüsumlar yenicə bəhrəsini verməyə başlayır. Nəticədə onlar hər il 1 trilyon dollardan çox olacaq", Tramp deyib.

Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci Sessiyasının Ümumi Müzakirələrində çıxış edən Tramp bəyan edib ki, Vaşinqton ədalətlilik və qarşılıqlılıq prinsiplərinə əməl olunarsa, bütün ölkələrlə ticarət etməyə hazırdır.