• 3 °C
|

Tramp: ABŞ Səudiyyə Ərəbistanı və OPEC-in neft qiymətlərini endirmələri üçün çalışacaq

23 Yanvar 2025
img

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanı və OPEK-dən neftin qiymətinin aşağı salınmasını istəyəcək.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları ilə videobağlantı vasitəsilə danışarkən deyib.

“Qiymət aşağı düşsəydi, Rusiya ilə Ukrayna arasında müharibə dərhal bitərdi, lakin hazırda qiymət müharibəni davam etdirmək üçün kifayət qədər yüksəkdir”, – Tramp vurğulayıb.

Tramp onu da bildirib ki, OPEK ölkələri neftin qiymətini çoxdan aşağı salmalı idilər.

“Belə olan halda, Ukraynada münaqişə artıq bitmiş olardı”, – dövlət başçısı əlavə edib.