28 Mar 2026

ABŞ ilk dəfə Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcıları satacaq.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Vaşinqton krallığı NATO-dan kənar əsas müttəfiq kimi tanıyıb və bu çərçivədə silah satışına razılıq verib.
“İlk dəfə olaraq Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışına razılaşdıq. Bu təyyarələr olduqca güclüdür və biz onları çox məhdud şəkildə satırıq”, – deyə Tramp qeyd edib.