Amerika Birləşmiş Ştatları Ukraynaya “Tomahawk” tipli qanadlı raketlərin tədarük edərək öz ehtiyatlarını tükədə bilməz.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, Ukraynaya “Tomahawk” raketlərinin mümkün tədarükü məsələsi onun Rusiya Prezidenti Vladimir Putin ilə söhbəti zamanı müzakirə olunub.
“ABŞ-ın da “Tomahawk”lara ehtiyacı var, onlar bizə lazımdır” – deyə Tramp vurğulayıb.
“Mən demək istəyirəm ki, biz ölkəmizin ehtiyatlarını tükədə bilmərik. Onlar çox vacibdir, güclüdür, dəqiq və keyfiyyətlidirlər, amma bizə də lazımdır. Mən bu məsələ ilə nə edə biləcəyimizi bilmirəm”, – Prezident əlavə edib.