• 31 °C
|

Tramp: ABŞ və İran arasında nüvə sazişinin imzalanması hələ də mümkündür

19 İyun 2025
img

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonla Tehran arasında İranın nüvə proqramına dair sazişin imzalanması hələ də mümkündür.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbətində deyib.

“İran çox yaxşı bir sazişi imzalamağa yaxın idi. Ola bilsin ki, bu, hələ də baş versin. Belə bir ehtimalı istisna etmirəm”, – deyə ABŞ lideri qeyd edib.