• 10 °C
|

Tramp: Biz bunu etməsək Rusiya və ya Çin Qrenlandiyanı ələ keçirəcək

10 Yanvar 2026
img

“Əgər bunu etməsək, Rusiya və ya Çin Qrenlandiyanı ələ keçirəcək. Biz isə Rusiya və ya Çini qonşu olaraq istəmirik. Başa düşdünüzmü?”

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu işi asan yolla həll etmək istəyirəm. Amma əgər asan yolla həll etməsək, çətin yolla həll edəcəyik. Mən Danimarkanın tərəfdarıyam. Amma bilirsiniz, 500 il əvvəl onların bir gəmisi oraya gəlib çatmışdı deyə, bu, torpağın onların olması anlamına gəlmir. NATO bunu anlamalıdır. Mən NATO-nun tərəfdarıyam. NATO-nu mən xilas etdim. Əgər mən olmasaydım, indi NATO olmayacaqdı”, – Tramp əlavə edib.