• 9 °C
|

Tramp Blinken və Sallivanın məxfi informasiyalarla bağlı icazələrini ləğv edib

9 Fevral 2025
img

ABŞ Prezidenti Donald Tramp sabiq dövlət katibi Antonii Blinken və milli təhlükəsizlik məsələləri üzrə sabiq müşavir Ceyk Sallivanın məxfi informasiyalarla tanış olmaq üçün icazələrini ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb.

Bundan əvvəl Donald Toramp sabiq prezident Co Baydenin anoloji icazəsini ləğv etdiyini açıqlamışdı.

Xatırladaq ki, 2021-ci ildə prezident olduğu dönəmdə Co Bayden birinci prezidentlik dövrü başa çatmış Donald Trampın məxfi informasiyalara dair icazəsini ləğv etmişdi.