
ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyanın İrana yardım göstərdiyinə inanmadığını bildirib.
APA xəbər verir ki, Tramp bu barədə “The Truth Social” sosial media hesabında paylaşım edib.
ABŞ Prezidenti qeyd edib ki, radikal solçuların Çin və Rusiyanın İrana yardım göstərməsi ilə bağlı çoxsaylı şərhlərinə rast gəlir.
“Radikal solçuların Çin və Rusiyanın İrana kömək etdiyinə dair çoxsaylı şərhlərini görürəm. Əgər onlar həqiqətən də kömək edirlərsə, bu, çox aşağı səviyyədədir. Lakin mən onların ümumiyyətlə belə bir yardım göstərdiyinə inanmıram”, – Tramp vurğulayıb.
ABŞ Prezidenti bildirib ki, Çin və Rusiyanın bu cür addım atmaqla itirəcəyi çox şey var.
“Onların itirəcəyi çox şey var. Üstəlik, əgər belə bir hal baş versəydi, biz bundan xəbərdar olardıq və özü də çox qısa müddətdə”, – Tramp əlavə edib.