
ABŞ prezidenti Donald Tramp Danimarka hökumətinin Qrenlandiyanı ABŞ-ın nəzarətinə verməyə razılaşdığını düşünür.
APA xəbər verir ki, Tramp bu barədə Corciya ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən danışıb.
“Yeri gəlmişkən, Danimarka əla idi. Onlar Qrenlandiyanı bizə verdilər”, – o deyib.
Qeyd edək ki, Tramp sentyabrda Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenlə razılaşma imzalayıb. Sənəd Arktikadakı adanın təhlükəsizliyinin təmin olunması ilə bağlı öhdəliklərin Vaşinqtona ötürülməsini nəzərdə tutur.