• 9 °C
|

Tramp fond bazarındakı kəskin enişə görə demokratları günahlandırıb

25 Noyabr 2026
img

ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsi ölkənin fond bazarında kəskin enişə səbəb olub.

APA xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.

“Səhmlər noyabrın 3-də keçirilən seçkilərin nəticələrinə görə kəskin ucuzlaşıb. Mən namizədlər siyahısında yox idim. Əgər namizəd olsaydım, əvvəlki üç seçkidə olduğu kimi, nəticələr tamamilə fərqli olardı, fond bazarı və pensiya hesablarınız yüksəliş dövrünü yaşayardı. Axı mən sizə demişdim!” – Tramp qeyd edib.