• 12 °C
|

Tramp FTB-yə kiberhücumun arxasında kimin dayandığını bilmədiyini açıqlayıb

21 Noyabr 2026
img

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosuna (FTB) edilən kiberhücumun arxasında kimin dayandığının hələlik məlum olmadığını bildirib.

“Fox News” telekanalına müsahibəsində Amerika lideri hadisə barədə yeni məlumat aldığını deyib.

“Biz bundan indicə xəbər tutmuşuq. Bu, yaxşı hal deyil və mənim xoşuma gəlmir. Hadisə barədə öyrənən kimi bunun maraqlı vəziyyət olduğunu və arxasında kimin dayandığını bilmək istədiyimi dedim”, – deyə Tramp bildirib.

Kiberhücumun miqyası, hədəf alınan sistemlər və mümkün nəticələri barədə əlavə məlumat verilməyib.