• 9 °C
|

Tramp idxal rüsumlarının tətbiqində istisna halların ola biləcəyini deyib

10 May 2025
img

ABŞ Prezidenti Donald Tramp xarici məhsullara idxal rüsumlarının tətbiqi məsələsində istisna hallara yol verilə biləcəyini bildirib.

APA xəbər verir ki, o bu haqda Cümə günü Ağ Evdə danışıb.

“İstisnalar mümkündür. Əgər görsək ki, kimsə bizim üçün xüsusi bir şey edib, bu zaman istisna hal tətbiq oluna bilər. Əsas rüsum dərəcəsi minimum 10% olacaq. Bəzi ölkələr üçün bu göstərici daha yüksək olacaq”, – Tramp deyib.

O həmçinin qeyd edib ki, Vaşinqton yaxın vaxtlarda 4-5 ticarət sazişi bağlamağı planlaşdırır.