14 Fev 2026

ABŞ prezidenti Donald Tramp İranla danışıqlar fonunda Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmini göndərəcəyini açıqlayıb.
APA xəbər verir ki, Tramp bu barədə cümə günü jurnalistlərlə görüşü zamanı məlumat verib.
"İranla danışıqların uğursuz olması halında, təyyarədaşıyan gəminin bölgədə olması lazımdır. İranla danışıqlar uğurlu olacaq. Əks təqdirdə, onlar üçün pis gün olacaq", – Tramp bildirib.