
İran ABŞ-la hərbi münaqişənin başa çatdırılması üçün Vaşinqtona istənilən təklifi verməyə hazırdır.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması istiqamətində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff fəaliyyət göstərir.
“Əslində, bu razılaşma tam olaraq mənim istədiyim deyil. Amma onlar bütün bunların dayanması üçün bizə istənilən təklifi verməyə hazırdırlar. Bir məsələ isə qətidir: onların heç vaxt nüvə silahı olmayacaq”, – Tramp deyib.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyi Tehran və Maskat arasında Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti üçün dəhlizlərin müəyyənləşdirilməsinə dair razılıq əldə olunduğunu açıqlayıb.