• 17 °C
|

Tramp: İranla bağlı yaxın vaxtlarda qərar qəbul edəcəyik

14 Oktyabr 2026
img

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlı növbəti addımlarına dair yaxın vaxtlarda qərar qəbul edəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərlə söhbətində açıqlama verib.

“İranla bağlı çox yaxın vaxtlarda qərar qəbul edəcəyik. Biz Hörmüz boğazına nəzarət edirik. Bu boğazdan böyük həcmdə neft daşınır”, – Tramp bildirib.

ABŞ Prezidenti İrana münasibətdə hansı konkret addımların nəzərdən keçirildiyini açıqlamayıb.