• 9 °C
|

Tramp: Kimsənin tərəfini saxlamıram, qan tökülməsinin dayandırılmasını istəyirəm

16 İyul 2025
img

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna ilə bağlı münaqişədə o, nə Kiyevin, nə də Rusiyanın mövqeyini dəstəkləyir, onun əsas istəyi qan tökülməsinin dayandırılmasıdır.

APA xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mən insanlığın tərəfindəyəm”, – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, əsas məqsədi insanların həlak olmasının qarşısını almaqdır.