20 Okt 2025
ABŞ Prezidenti Donald Tramp Kolumbiyadan idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumlarını artırmaq niyyətindədir.
APA xəbər verir ki, bu barədə dövlət başçısı bunu jurnalistlərə açıqlamasında bildirib.
Tramp, bu qərarı 20 oktyabrda rəsmən elan edəcəyini vurğulayıb:
“Bəli, belə planım var. Sabah (20 oktyabrda) sizə yeni tarif dərəcəsinin necə olacağını deyəcəyəm”.
ABŞ lideri Kolumbiyanı “narkotik istehsalı maşını” adlandırıb və qeyd edib ki, bu ölkədə “böyük həcmdə kokain istehsal olunur və dünyanın müxtəlif yerlərinə yayılır”.