
ABŞ Prezidenti Donald Tramp son bir həftə ərzində Rusiya və Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı danışıqlarda “böyük irəliləyiş” əldə olunduğunu bildirib.
APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Truth Social hesabında yazıb.
“Son bir həftədə komandam müharibənin dayandırılması məsələsində böyük nəticəyə nail olub. Mən xüsusi nümayəndəm Stiv Uitkoffa Moskvada prezident Putinlə görüşməyi tapşırdım. Eyni zamanda, ordu naziri Den Driskoll ukraynalı tərəfdaşlarla danışıqlar aparacaq”, – Tramp qeyd edib.
ABŞ Prezidenti ən yaxın zamanda həm Volodimir Zelenski, həm də Vladimir Putinlə görüşmək istədiyini vurğulayıb:
“Bu görüş yalnız o halda baş tutacaq ki, müharibənin başa çatdırılmasına dair razılaşma tam şəkildə hazır olsun və ya son mərhələyə daxil olsun”.