• 10 °C
|

Tramp Müdafiə Departamentinin adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayacaq

5 Sentyabr 2025
img

ABŞ prezidenti Donald Tramp cümə günü Pentaqonun adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsini nəzərdə tutan sərəncam imzalayacaq.

APA xəbər verir ki, bu barədə “Fox News” Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, sərəncamda “Müharibə Nazirliyi”nin Müdafiə Nazirliyi ilə yanaşı əlavə ad kimi istifadəsi nəzərdə tutulur. Həmçinin Pentaqon rəhbərinə “müharibə naziri” müraciətinin tətbiqi planlaşdırılır.