• 16 °C
|

Tramp Obamanın layiq olmadığı halda Nobel Sülh Mükafatını aldığını iddia edib

10 Oktyabr 2025
img

ABŞ prezidenti Donald Tramp 44-cü prezidenti Barak Obamanın layiq olmadığı halda Nobel Sülh Mükafatını aldığını iddia edərək, onun hərəkətlərinin ölkənin məhvinə səbəb olduğunu deyib.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"O, heç nə etmədiyi üçün mükafatı aldı. Obama seçildi və ölkəmizi məhv etməkdən başqa heç nə etmədiyi üçün ona mükafat verdilər", – Tramp deyib.

Tramp niyə belə düşündüyü haqda heç bir açıqlama verməyib.