02 İyn 2025
ABŞ administrasiyası idxal olunan polad üçün rüsumları 25%-dən 50%-ə qədər artırmaq niyyətindədir.
APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
"Biz tarifləri 25% artırmağa hazırlaşırıq. Amerika Birləşmiş Ştatlarına idxal edilən poladın rüsumlarını 25%-dən 50%-ə qaldıracağıq", – Tramp deyib.
Trampın sözlərinə görə, bu, ölkənin polad sənayesini daha da gücləndirəcək.