• 16 °C
|

Tramp Putini Ukraynada müharibəni yaxın vaxtlarda bitirməyə çağırıb

22 Yanvar 2025
img

ABŞ prezidenti Donald Tramp Putini Ukraynada müharibəni yaxın vaxtlarda bitirməyə çağırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində Putinə müraciətində bildirib.

O, Putini xüsusi hərbi əməliyyatları dayamdırmağa çağırıb və əks halda ABŞ-nin Rusiyanın bu ölkəyə satdığı hər şeyə qarşı sanksiyalar və yüksək vergilər tətbiq edəcəyini açıqlayıb.