21 Okt 2025
Qəzza sektorundakı münaqişənin həlli üçün nəzərdə tutulmuş sülh planının növbəti mərhələlərinin əksər müddəaları üzrə konsensus əldə olunub.
APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
“Konsensus əksər müddəalar üzrə əldə edilib. Bəzilərinin isə üzərində işləmək lazımdır. Çünki bəzi hallarda gözəl Misir kabinetlərində əldə olunan razılaşmalar praktikada işləməyə bilər. Amma əsasən bütün məqamlar üzrə konsensus var”, – o deyib.